SON DƏQİQƏ
» » Əfqan əsgər amerikalı hərbçiləri atəşə tutdu-GÖZLƏNİLMƏZ

Əfqan əsgər amerikalı hərbçiləri atəşə tutdu-GÖZLƏNİLMƏZ

Tarix:

19-03-2017, 21:29

/ 4 107 dəfə oxundu.
Əfqan əsgər amerikalı hərbçiləri atəşə tutdu-GÖZLƏNİLMƏZ

Əfqanıstan silahlı qüvvələrinin əsgəri NATO-nun Hilmənd əyalətində yerləşən bazasında amerikalı hərbçilərə atəş açıb, üç nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Əfqanıstanda "Qəti dəstək" əməliyyatının məlumatında bildirilir.

"Hilmənd əyalətində əfqan əsgərin atəş açması nəticəsində üç ABŞ hərbçisi yaralanıb. Hərbçilərə tibbi yardım göstərilib", — deyə əməliyyatın "Twitter" səhifəsində qeyd olunur.

"Reuters"in məlumatına görə, Əfqanıstan silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, əfqan əsgər cavab atəşi ilə öldürülüb.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər