SON DƏQİQƏ
» » Polislə quldurlar arasında atışmada 5 nəfər öldürülüb

Polislə quldurlar arasında atışmada 5 nəfər öldürülüb

Tarix:

17-03-2017, 08:54

/ 4 666 dəfə oxundu.
Polislə quldurlar arasında  atışmada 5 nəfər öldürülüb

Meksikanın Xalisko ştatının Xokotepek şəhərində cinayətkarlarla polis əməkdaşları arasında atışma baş verib.

Bu haqda "RİA Novosti" ştatın baş prokurorluğuna istinadən xəbər verib.

Məlumata görə, quldurlar şəhər yaxınlığındakı magistral yolda polis patruluna hücum ediblər. Nəticədə asayiş keşikçiləri ilə cinayətkarlar arasında silahlı insident baş verib. Atışma zamanı 5 nəfər öldürülüb. 

İlkin məlumatlar göstərir ki, atışma zamanı öldürülənlərin hamısı cinayətkarlardır. Lakin bir neçə quldur qaçıb gizlənməyə müvəffəq olub. Hazırda onların axtarışı davam edir.

Polis əməkdaşları hadisə yerində cinayətkarlara məxsus bir neçə avtomobili və silahı müsadirə edib.

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ