SON DƏQİQƏ

Dörd balıqçı xilas edildi

Tarix:

10-03-2017, 19:50

/ 4 742 dəfə oxundu.
Dörd balıqçı xilas edildi

Martın 10-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km uzaqda dənizə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının deşilərək içərisinə su dolması və batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri xilasedicilər qrupu ilə birlikdə hadisə yerinə cəlb edilib. Görülmüş operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar - Əliyev Nəbi Abdulla oğlu, Axundov Loğman Ərəstun oğlu, Əliyev Azər Nəbi oğlu və Quliyev Bəxtiyar Aydın oğlu xilas olunub.
Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilib.
Gunaz.az 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ