SON DƏQİQƏ
» » Tələbələrin ölümünə səbəb olan sürücülər tutuldu

Tələbələrin ölümünə səbəb olan sürücülər tutuldu

Tarix:

9-03-2017, 12:41

/ 6 359 dəfə oxundu.
Tələbələrin ölümünə səbəb olan sürücülər tutuldu

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsindən  bildirilib ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL” markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.
İdarədən, həmçinin əlavə olunub ki, "ZİL” markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb.
Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı, "ZİL”-in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb.
Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb. 
Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ