SON DƏQİQƏ
» » Bakı-Sumqayıt avtobusu qəza törətdi, xəsarət alanlar var

Bakı-Sumqayıt avtobusu qəza törətdi, xəsarət alanlar var

Tarix:

9-03-2017, 09:06

/ 4 622 dəfə oxundu.
Bakı-Sumqayıt avtobusu qəza törətdi, xəsarət alanlar var

Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Yolda avtomobillərin sıxlığı yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib.

Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.

İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib. (apa)

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ