SON DƏQİQƏ
» » Aksiz markasız külli miqdarda siqaret aşkar edildi - FOTO

Aksiz markasız külli miqdarda siqaret aşkar edildi - FOTO

Tarix:

3-03-2017, 12:04

/ 4 782 dəfə oxundu.
Aksiz markasız külli miqdarda siqaret aşkar edildi - FOTO

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə olunacağı barədə məlumat daxil olub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Suraxanı rayon Qaraçuxur qəsəbəsi Cəlal Qasımov küçəsində Azərbaycan Respublikası vətəndaşı Qurbanov Elvin Əfrasiyab oğlunun idarə etdiyi "OKA SeAZ-11116” markalı, 24 BE 054 dövlət qeydiyyat nişanlı minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan külli miqdarda xarici markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ