SON DƏQİQƏ

Bıçaqlanma hadisəsi baş verib

Tarix:

1-03-2017, 10:46

/ 3 471 dəfə oxundu.
Bıçaqlanma hadisəsi baş verib

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb. 
Kənd sakini, 1978-ci il təvəllüdlü Rahib Ağayev naməlum şəraitdə bıçaqlanıb. O, bıçaq xəsarəti diaqnozu ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilib. 
Vaxtında tibbi yardım göstərildiyi üçün Rahib Ağayevin həyatını xilas etmək mümkün olub. 
Kürdəmir rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat - axtarış tədbirləri nəticəsində hadisəni törədən Rahib Ağayevin əmisi oğlu Ümid Ağayev tutulub. 
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. 
Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər