SON DƏQİQƏ

Ermənilər yenidən təxribat törətdi

Tarix:

1-03-2017, 10:33

/ 8 065 dəfə oxundu.
Ermənilər yenidən təxribat törətdi

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 82 və 120 millimetrlik minaatanlardan da (cəmi 17 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 132 dəfə pozub.
Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu, Ağbulaq, Əlibəyli kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusunun bölmələri adekvat cavab tədbirləri görüb.
Gunaz.az
скачать dle 12.1

Şərhlər