SON DƏQİQƏ
» » Ağır qəza: 2 sərnişin avtobusu sərnişinlərlə dərəyə yuvarlandı - Ölənlər var

Ağır qəza: 2 sərnişin avtobusu sərnişinlərlə dərəyə yuvarlandı - Ölənlər var

Tarix:

1-03-2017, 08:04

/ 4 598 dəfə oxundu.
Ağır qəza: 2 sərnişin avtobusu sərnişinlərlə dərəyə yuvarlandı - Ölənlər  var

Boliviyanın qərbində iki avtobusun qəzaya uğraması ilə nəticələnmiş yol qəzalarında azı 23 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

 Qəzalardan biri La-Pas şəhərindən 150 kilometr şimal-qərbdə baş verib.

Belə ki, avtobusun dərəyə yuvarlanması nəticəsində 17 nəfər həyatını itirib. İlkin məlumata görə, qəzaya səbəb sürət həddinin aşması olub.

Sərnişin avtobusunun qəzaya düşməsi ilə nəticələnmiş daha bir qəza İnkisivi vilayətində, La-Pasdan 200 kilometr şimal-şərqdə baş verib. Belə ki, avtobusun uçuruma düşməsi nəticəsində 6 nəfər ölüb, 23 nəfər xəsarət alıb.

Boliviyada yolların pis vəziyyəti, habelə yol qaydalarına riayət olunmaması səbəbindən hər il orta hesabla min nəfər qəzalarda həlak olur, qırx min nəfər xəsarət alır.

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ