SON DƏQİQƏ
» » Azərbaycanda baş həkim rüşvət alarkən həbs olundu - VİDEO

Azərbaycanda baş həkim rüşvət alarkən həbs olundu - VİDEO

Tarix:

27-02-2017, 20:40

/ 5 101 dəfə oxundu.
Azərbaycanda baş həkim rüşvət alarkən həbs olundu - VİDEO

Bakı şəhər Narkoloji Dispanserinin baş həkimi həbs edilib.  
Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, baş həkim Hüseyn Həsənov yanvar-fevral aylarında tibb qeydiyyatçısı işləyən Mətanət Şamçiyevanın vasitəsi ilə narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən ümumilikdə 3190 manat məbləğində pulu rüşvət kimi alıb. H.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Səhiyyə nazirinin əmri ilə tutduğu vəzifədən azad edilib.
Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 
BAKU.WS APA TV-nin bununla bağlı istintaq materialları əsasında hazırladığı sujeti təqdimedir:
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ