SON DƏQİQƏ

Zəncirvari qəzada 19 nəfər yanaraq öldü

Tarix:

25-02-2017, 01:26

/ 4 027 dəfə oxundu.
Zəncirvari qəzada 19 nəfər yanaraq öldü

Perunun şimali-qərbində dəhşətli yol qəzası baş verib.

 "RİA Novosti"yə istinadən verilən xəbərə görə , hadisə Truxilyo şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, yüksək sürətlə hərəkət edən yük maşını mikroavtobus və motosikletə çırpılıb.

Toqquşmadan sonra baş verən partlayış nəticəsində 19 nəfər yanaraq ölüb. Meyitlər şəxsiyyətləri müəyyənləşdirmək üçün tibbi ekspertizaya göndərilib.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ