SON DƏQİQƏ
» » MN: Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb, düşmən itki verib

MN: Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb, düşmən itki verib

Tarix:

22-02-2017, 09:32

/ 3 989 dəfə oxundu.
MN: Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısı alınıb, düşmən itki verib

Fevralın 21-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək üçün mövqelərimizə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşməni daim izləyən bölmələrimiz tərəfindən onun fəaliyyəti əvvəlcədən aşkar edilərək qabaqlayıcı atəş zərbələri vurulub. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib və hazırda bütün cəbhə boyu əməliyyat şəraitinə bölmələrimiz tərəfindən tam nəzarət edilir.

Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ