Türkiyədə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Habertürk"ə istinadən xəbər verilir ki, hadisə Bursada, Osmangazı rayonunda baş verib. Belə ki, minik avtomobilinin restorana girməsi nəticəsində 9 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, qəzaya sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.
Hadisə yerinə çoxlu sayda təcili yardım və xilasedici cəlb edilib. Qəzanı törətmiş sürücünün şəxsiyyəti hələ ki müəyyənləşdirilməyib.
Yaralılar xəstəxanalara yerləşdirilib. Polis faktla bağlı araşdırmaya başlayıb və ərazidə təhlükəsizlik tədbirləri görülüb.(Publika.az)