SON DƏQİQƏ

Türkiyə vətəndaşı Tovuzda qəzaya düşdü

Tarix:

19-02-2017, 03:57

/ 4 696 dəfə oxundu.
Türkiyə vətəndaşı Tovuzda qəzaya düşdü

Bakı-Qazax magistralında sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

 Hadisə yolun 430-cu kilometrliyində, Tovuz rayonu ərazisində qeydə alınıb. Rayonun Düz Qırıqlı kənd sakini 1984-cü il təvəllüdlü Bağırov Anar Hidayət oğlunun idarə etdiyi "VAZ 2107” Türkiyə vətəndaşının idarə etdiyi "Dociya” markalı avtomobillə toqquşub.

Qəza zamanı "VAZ”-ın sürücüsü müxtəlif bədən xəsarətləri alaraq Tovuz rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi idarəsində araşdırma aparılır.(APA)

Gunaz.az
скачать dle 12.1

Şərhlər