SON DƏQİQƏ
» » Güclü çovğun və külək Lerikdə həyatı iflic etdi

Güclü çovğun və külək Lerikdə həyatı iflic etdi

Tarix:

19-02-2017, 03:13

/ 4 664 dəfə oxundu.
Güclü çovğun və külək Lerikdə həyatı iflic etdi

Güclü çovğun və külək Lerik rayonunda bir sıra problemlər yaradıb.

"Report” xəbər verir ki, axşam saat 16-dan başlayan çovğun və güclü külək xüsusən Lerik- Zuvand yolunda problemlər yaradıb.

Rayonun Qosmalian, Kəlvəz, Pirəsora, Orand, Nuravud, Blabənd, Mondigah, Çayrud, Tikəband, Veri və ümumilikdə 12 ərazi vahidliyini əhatə edən kəndlərlə nəqliyyat əlaqəsi çətinləşib.

Çovğunlu hava nəticəsində yüksəkliklərdə olan qar kütləsi ətrafa səpələnib. Nəticədə yollar bağlanıb.

Qeyd edək ki, bu ərazilərdə yağan qarın qalınlığı 1 metrdən çoxdur.

Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ