SON DƏQİQƏ
» » Xəzərdə tapılan meyitin neftçi olduğu dəqiqləşib

Xəzərdə tapılan meyitin neftçi olduğu dəqiqləşib

Tarix:

18-02-2017, 13:53

/ 6 773 dəfə oxundu.
Xəzərdə tapılan meyitin neftçi olduğu dəqiqləşib

Xəzər dənizində meyiti tapılan şəxsin kimliyi məlum olub.

 Meyitin müayinəsi zamanı onun ötən ilin dekabrında "Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş qəzada itkin düşən operator Vidadi Cümşüd oğlu Qurbanov olduğu müəyyən edilib.

V. Qurbanovun meyiti yaxın saatlarda ailəsinə təhvil veriləcəyi bildirilib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, fevralın 17-də saat 17:20 radələrində Qaradağ rayonunun Pirsaat ərazisində sahil nəzarəti həyata keçirən sərhəd naryadı tərəfindən Xəzər dənizinin səthində sahildən 1 mil aralı məsafədə meyit müşahidə olunub. Həyata keçirilən tədbirlər nəticəsində təqribən 45-50 yaşlı kişi meyiti sahilə çıxarılıb.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ