SON DƏQİQƏ
» » Türkiyədə partlayış nəticəsində ölənlərin sayı 2-yə, yaralıların isə 18 nəfərə çatıb VİDEO - YENİLƏNİB

Türkiyədə partlayış nəticəsində ölənlərin sayı 2-yə, yaralıların isə 18 nəfərə çatıb VİDEO - YENİLƏNİB

Tarix:

18-02-2017, 10:29

/ 4 624 dəfə oxundu.
Türkiyədə partlayış nəticəsində ölənlərin sayı 2-yə, yaralıların isə 18 nəfərə çatıb VİDEO - YENİLƏNİB

Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

  Partlayışdan sonra əmələ gələn dağıntılar altından kişi meyiti tapılıb.

Viranşehir rayonunda baş verən hadisə nəticəsində yaralananların sayı 18-ə çatıb. Onlardan birinin vəziyyəti ağır kimi qiymətləndirilir.

Bundan əvvəl minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşağın öldüyü, 15 nəfərin xəsarət aldığı bildirilirdi. Dəqiqləşdirilmiş məlumata görə, insident nəticəsində həyatını itirən uşaq 11 yaşlı Əhməd Oqtay Günak olub. Partlayışın PKK tərəfindən törədildiyi bildirilir.

***

23:23

Türkiyənin Şanlıurfa vilayətində partlayış baş verib.

"Anadolu” agentliynə istinadən verdilən xəbərə görə, vilayətin Viranşehir rayonunda minalanmış avtomobilin partladılması nəticəsində 3 yaşlı uşaq ölüb, 15 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanalara yerləşdirilib. Polis qüvvələri ərazini nəzarətə götürüb.

Şanlıurfa valisi Güngör Azim Tuna, ilkin məlumatlara görə, 18-20 yaşlı şəxsin Yenişehir məhəlləsində bomba yüklü avtomobil saxladığını söyləyib.

 "Hadisə nəticəsində 3 yaşında bir uşaq həyatını itirib. 15 civarında yarası ağır olmayan xəsarət alan var. Yaralıların müalicəsi xəstəxanada davam edir” deyə G. Tuna bildirib.(APA)

Gunaz.az

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər