SON DƏQİQƏ
» » Şəmkirdəki yanğınla bağlı daha bir açıqlama

Şəmkirdəki yanğınla bağlı daha bir açıqlama

Tarix:

27-01-2024, 20:57

/ 4 262 dəfə oxundu.
Şəmkirdəki yanğınla bağlı daha bir açıqlama

Şəmkirdə mağaza və obyektlərdə baş vermiş yanğının səbəbi araşdırılır.

Şəmkir şəhəri, 20 yanvar küçəsində baş vermiş yanğın nəticəsində, ümumilikdə səkkiz mağaza və obyektə zərər dəyib. Bunlardan ikisi bazar ərazisində, digər altısı isə bazara yaxın yerdə fəaliyyət göstərən mağaza və obyektlərdir.
Yanğın zamanı ümumi sahəsi 2 340 kvadratmetr olan bazar ərazisində bir-birinə bitişik sahəsi 130 kvadratmetr olan müxtəlif təyinatlı səkkiz mağazanın yanar konstruksiyaları yanıb, yüksək temperaturdan bitişik tikilən iki mağazanın lambirdən ibarət tavanı 14 kvadratmetr sahədə əriyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin beş yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.
Xəsarət alanın olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ