SON DƏQİQƏ

Bakıda və Şəmkirdə ev yanıb

Tarix:

12-02-2017, 02:51

/ 4 177 dəfə oxundu.
Bakıda və Şəmkirdə ev yanıb

Bakıda və Şəmkirdə yanğın hadisəsi qeydə alınıb.  

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdilən xəbərə görə, yanğın paytaxtın Qaradağ rayonunda üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 m2 olan 3 otaqlı mənzilində baş verib. Nəticədə mənzildəki taxta konstruksiyalardan ibarət artırma divarı 1 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.  

Bundan başqa Şəmkir rayonu, Kür qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 m2 olan birmərtəbəli 1 otaqlı  evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.  

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ