SON DƏQİQƏ

56 yaşlı general iş yerində qəfil öldü

Tarix:

12-02-2017, 01:41

/ 6 360 dəfə oxundu.
56 yaşlı general iş yerində qəfil öldü

Ukrayna Milli müdafiə universitetiinin rəhbəri, silahlı qüvvələrin baş qərargah rəisinin keçmiş müavini, general-polkovnik Gennadi Vorobyev iş yerində qəfildən vəfat edib.

Virtualaz.org xəbər verir ki, bu hqda xəbəri prezident Pyotr Poroşenko özünün Feysbuk səhifəsindən çatdırıb. O xatırladıb ki, general Vorobyev Yanukoviçin əmrindən çıxaraq ordunu Kiyevin Müstəqillik meydanında nümayişçilərə qarşı yeritməkdən imtina edib. Daha sonra o, ölkənin cənub-şərqində separatçılara qarşı bir çox hərbi əməliyyatların planlaşdırılmasına rəhbərlik edib. Generalın qəfil ölümünün səbəbi barədə məlumat verilmir.

Genadi Vorobyev 1961-ci ildə anadan olub, 2009-2014-cü illərdə Ukrayna silahlı qüvvələrinin Quru qoşunlarına komandanlıq edib, daha sonra iki il ərzində Baş Qərargah rəisinin müavini olub. 2016-cı ilin mayından Milli Müdafiə Universitetinə rəhbərlik edirdi.

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər