SON DƏQİQƏ

Ağcəbədidə ilanlar evə hücüm edib-VİDEO

Tarix:

6-02-2017, 20:11

/ 4 065 dəfə oxundu.
Ağcəbədidə ilanlar evə hücüm edib-VİDEO

Ağcəbədinin Boyat kəndində evlərin biri ilanların hücümuna məruz qalıb.
Ev sahibi  Məhluqə Qarayevanın sözlərinə görə, müxtəlif ölcülərdə  qızıl ilanlar  axşam saatlarında evin hər yerində peyda olub. 
Kənd sakinərinin sözlərinə görə , ümumiyyətlə, ərazidə son vaxtlar sürünənlərin sayı çoxalıb. Havaların soyuq kecməsinə baxmayaraq, ilanlar qış yuxusuna getməyib. 
Ağcəbədi Gigiyena və Epidemiologiya Mərkəzindən bildirdilər ki, hələlik onlara sürünənlərin hücumu ilə bağlı məlumat daxil olmayıb. Kəndən belə bir müraciət daxil olarsa, mərkəzin əməkdaşları tərəfindən hadisənin baş verdiyi ərazi xlor məhlulu ilə dərmanlanacaq.(xəzərxəbər)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ