SON DƏQİQƏ

"Taliban"ın 54 silahlısı məhv edilib

Tarix:

5-02-2017, 19:50

/ 2 801 dəfə oxundu.
"Taliban"ın 54 silahlısı məhv edilib

Əfqanıstanda "Taliban"ın 54 silahlısı məhv edilib.
Bu barədə "TASS" agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, əməliyyat ölkənin artilleriyası və hərbi hava qüvvələrinin dəstəyi ilə, Gilmend vilayətində keçirilib. Əməliyyat zamanı "Taliban" komandirlərindən biri məhv edilib.
Qeyd edək ki, son vaxtlar Əfqanıstanda vəziyyət gərginləşib. Ölkənin bir sıra ərazilərində İŞİD terror qruplaşmasının silahlıları fəaliyyət göstərirlər.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ