SON DƏQİQƏ

Azərbaycanda narkotik alverçiləri tutuldu

Tarix:

4-02-2017, 01:39

/ 2 643 dəfə oxundu.
Azərbaycanda narkotik alverçiləri tutuldu

Zaqatala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gəncə şəhər və Balakən rayon sakinlərini həbs edib.
Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, RPŞ-yə daxil olmuş məlumat əsasında "BMW” markalı, 10 XR 543 dövlət nömrə nişanlı avtomobil Zaqatala şəhəri ərazisində saxlanılıb. Axtarış zamanı avtomobildə ümumi çəkisi 14,34 qram olan narkotik vasitə hesab edilən  qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Araşdırma zamanı məlum olub ki, Gəncə sakinləri  Arif Asif oğlu Həsənov,  Gündüz Cəmil oğlu Məmmədov,   Emin Yaşar oğlu Əliyev və Balakən rayon sakini  Natiq Abdulhəmid oğlu Ovçiyev narkotik maddənin əldə olunması məqsədi yanvarın 31-də Natiq Ovçiyevin qohumu olan Balakən rayon sakini  Mehman Hicran oğlu Ovçiyev ilə Balakən şəhəri ərazisində görüşüblər. Mehman Ovçiyev onlara 180 manat müqabilində 4 ədəd kibrit qutusundakı narkotik vasitəni satıb.  Daha sonra Gəncə şəhər sakinləri əldə etdikləri narkotik maddəni Balakənə gəldikləri avtomobildə gizlədərək Gəncə şəhəri istiqamətinə yola düşüblər.
Saxlanılan şəxslər barəsində Zaqatala rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.
Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ