SON DƏQİQƏ

İki yük avtomobili toqquşdu

Tarix:

30-01-2017, 10:23

/ 5 874 dəfə oxundu.
İki yük avtomobili toqquşdu

Siyəzəndə iki yük avtomobili toqquşdu.
Gunaz.az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonu ərazisində "Reno Tir" markalı yük avtomobili ilə "Ford" markalı yük avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq "Reno Tir" yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürüçünü çıxarmış və aidiyyatı üzrə təhvil veriblər.
Əməliyyat saat 03:04-də başa çatıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ