SON DƏQİQƏ

Beyləqanda 1 tank mərmisi tapılıb (FOTO)

Tarix:

27-01-2017, 14:10

/ 4 120 dəfə oxundu.
Beyləqanda 1 tank mərmisi tapılıb (FOTO)

Bu gün Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Beyləqan rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat açıqlanıb.
Beyləqan rayonunun Haramı düzü adlanan ərazidə əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (125 mm-lik tank mərmisi (OF-26)) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, 200 kv.m. ərazi yoxlanılıb.
(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in "102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları)
Ümumilikdə, Agentlik tərəfindən 1-27 yanvar tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirilib, 1 514 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 17 450 kv.m ərazi yoxlanılıb.

Gunaz.az

Beyləqanda 1 tank mərmisi tapılıb (FOTO)

 


скачать dle 12.1

Şərhlər