Bəhreyndə 3 polis əməkdaşını öldürməkdə təqsirli bilinən 3 şiə edam edilib. 2014-cü ildə törətdikləri partlayış nəticəsində 2 bəhreynli və Birləşmiş Ərəb Əmirliyindən (BƏƏ) olan 1 polisin həyatına son qoyan şiələr gülləniblər. Qeyd edək ki, 1 həftə öncə Apelyasiya Məhkəməsi Abbas Samea, Sami Muşhaima və Əli Sinqace barəsində verilən edam cəzasını qüvvədə saxlamışdı. Bəhreyndə bundan öncəki edam cəzası 2014-cü ildə həyata keçirilmişdi.