SON DƏQİQƏ
» » Xəzərdə yanan gəmi sahilə çıxarılır - FOTO

Xəzərdə yanan gəmi sahilə çıxarılır - FOTO

Tarix:

12-01-2017, 19:34

/ 4 528 dəfə oxundu.
Xəzərdə yanan gəmi sahilə çıxarılır - FOTO

"Akademik Zərifə Əliyeva” gəmi-bərəsi təhlükəsiz vəziyyətdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus "İrgiz” yedək gəmisi ilə sahilə yan almaq üzrədir. 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin verdiyi məlumata görə, gəmi heyəti özünü yaxşı hiss edir. Hazırda gəminin baş mühərrik bölməsində elektrik naqillərinin hansı səbəbdən tüstüləndiyi araşdırılır. 
Gəmiçiliyin sədri Rauf Vəliyev və texniki direktor Nurməhəmməd Talıbov da hazırda gəmi-bərənin göyərtəsindədir. Xatırladaq ki, yanvarın 12-də saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus "Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstüləmə müşahidə edilib. Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb.

Gunaz.az

Xəzərdə yanan gəmi sahilə çıxarılır - FOTO

 

Xəzərdə yanan gəmi sahilə çıxarılır - FOTO

 


скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ