SON DƏQİQƏ

Gedirəm

Tarix:

4-01-2017, 20:45

/ 4 114 dəfə oxundu.
Gedirəm


Tənhayam, yalqızam , qərib bir quşam,
Təntiyib içimdə nəfəs , gedirəm.
Canımda ağrı var, çox yorulmuşam,
Qalmayıb həyata həvəs , gedirəm.

Mənə nə gəlirsə qeybdən gəlir,
Ruhum candan çıxır göydə dincəlir,
Ürək elə vurur, köksümü dəlir,
İçimdən yüksəlir bir səs , gedirəm .

Nə vaxtdı qalmışam iki əl bir baş,
Olsaydı yerimdə əriyərdi daş,
Vallah yorulmuşam dərd çoxdu qardaş,
Yoxdu həndəvərdə bir kəs gedirəm.

Sərvər Məsum
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər