
Sərvər Məsum
Çox incidir ürək məni ,
Doğmayaydı gərək məni ,
Qoy tutmasın çörək məni ,
Qan başıma çıxır hərdən...
Gedəcəyəm bu yerlərdən.
Doğru-düzgün mərd qalmayıb,
İsti yuva , yurd qalmayıb ,
Dağlarında qurd qalmayıb ,
...yoruldum ta bu şərlərdən ,
Gedəcəyəm bu yerlərdən.
Daha dəli oldum , bəsdi ,
Saçı- başı yoldum , bəsdi ,
Burda min dərd buldum , bəsdi ,
Rahatlıq yox bu dərdlərdən ...
Gedəcəyəm bu yerlərdən.
Dost dediyim verdi bada ,
Hər addımda düşdüm oda ,
Haqq görmədim bu dünyada ,
Qurtulmaqçın namərdlərdən
Gedəcəyəm bu yerlərdən...