
Xəyallar pərən düşüb,
Yenə dalıb gözlərim.
Düzülüb qatar-qatar,
Yola çıxıb sözlərim.
Gah keçmişə baş vurur,
Gah da dönür geriyə.
Gah sığınır köksümə,
Sınmasın könlüm deyə.
Səf düzülüb misralar,
Yazılır kitab-kitab.
Nə kağız nə də qələm
Etmir daha buna tab.
Silahlanıb xəyalım,
Qoşulur söz orduma.
Ayaq açır dünyaya,
Çata bilmir yurduma.
Müəllif M.Duyğulu.
03.09.2019