
Rauf İLYASOGLU
Xalq şairimiz Nəriman Həsənzadənin imzasiyla sosial şəbəkədə bir bənd şeir paylaşmışdılar :
Anam yuxuma girib .
Anamı yuxuda gormüşəm dünən ,
Yuxuda bir ömür sürmüşəm dünən...
Nəriman Həsənzadə
Bu şeirdən təsirlənib ustadımın şeirinə bir nəzirə yazdım :
Anam yuxuma girmir
Ürəyim rahat olar,
Nə vaxt yuxuma girər.
Qəlbim sevinclə dolar ,
Anam yuxuma girmir
Qacqın ,köçkün naləsin,
Eşidib, bilən görmür ?
Başımı dərd qatandan
Anam yuxuma girmir.
Bəlkə inciyib küsüb,
Qərib məzara köçüb,
Qayıtmaz bir yol seçib,
Anam yuxuma girmir.
Həsrətəm məzarına,
Canım qurban canına ,
Raufu al yanına
Anam yuxuma girmir,
Anam yuxuma girmir.