SON DƏQİQƏ

AZƏRBAYCAN

Tarix:

11-12-2018, 08:56

/ 10 611 dəfə oxundu.
AZƏRBAYCAN

 Sərvər Məsum

Uzaq dayan qeylü-qaldan,
Düşmən vurur sağdan , soldan ,
Bölünməkdən düşdün haldan,
Nədir bu hal , Azərbaycan !?

 

Qövr eyləyən yaran dərin,
Geri dönmür gedənlərin,
Pusu qurub düşmənlərin,
Qurur xəyal , Azərbaycan !

 

Təbriz , Bakı çox təkləndi,
Artıq səbrimiz tükəndi,
Ayrı düşən min-min kəndi,
Qoynuna al , Azərbaycan !

 

Qoy aradan getsin yadlıq,
Yenə artsın sevinc , şadlıq,
Bu istiqlal , bu azadlıq,
Olsun amal , Azərbaycan !

 

Səda salsın bu düyün-toy,
Bakı , Təbriz , Naxçıvan , Xoy,
Torpaqların birləşsin qoy,
Sən bir yol al , Azərbaycan !

 

Ər igidlər dursun başda,
Dilə gəlsin dağ da , daş da,
Düşmənlərlə bu savaşda,
Qələbə çal , Azərbaycan !

скачать dle 12.1

Şərhlər