SON DƏQİQƏ

Xəyallar və Gerçəklər

Tarix:

16-01-2018, 13:12

/ 1 021 dəfə oxundu.
Xəyallar  və  Gerçəklər

Səidə Seyidova

 

 

Gənc  yazar Səidə Seyidova bir  xanımın  yaşadıqlarından  təsirlənərək “Xəyallar və Gerçəklər” kitabını  qələmə  almaq  qərarına gəlib.

Kitab gənc  bir  xanımın  və onun  kimi  eyni  taleyi  yaşayan  bir  oğlanın  həyatına    əsasən  qəlmə  alınıb.  Real  hadisələrə  əsasən  yazılan  kitabda hadisələr  tarixlə  qeyd  olunub. “Xəyallar  və Gerçəklər”  povesti, hər kəsin sevgini “bəsit” sandıqları hissin, əslində bir  o qədər mürəkkəb, şirin  və  fədəkar olduğunu anlatmaqdadır.

Kitabın  maraqlı  materiallarından  hiss -hissə sizə təqdim  edirik.

1 – Payız mövsümünün  ilk  günləri idi. Nərgiz  görüşə  tələsirdi, həycanlıydı, görüşə vaxtında  çatmaq  üçün  taxsiyə  əl  elədi, bu gün  şansız  günü  idi  sanki, bir taxsi  tapmaq  üçün  nə  qədər  yol  getmişdi. Telfonu  zəng  çaldı, çox  güman ki, zəng  vuran  Nicatdı, gözlətmişdi  onu. Qaçırdı  eyni  zamanda  çantasından  telfonu  çıxarıb cavab  verməyə  çalışırdı, fikiri  telfonda  qaldığından  qarşısına  baxa  bilmirdi. Bu  dəm bir  adamla  çarpışdılar, çantasının  içindəkilər  yerə  dağıldı, əyilib  dağılan  əşyalarını  toplamağa  çalışdı, çarpışdığı  adamda  ona  kömək  etməyə  başladı.                                                                                                                     Saçlarını  üzündən  götürüb həmin  adamın  üzünə    baxdı, əşyalarını  əlində  tutaraq  donub  qalmış, diqqətlə  ona  baxırdı. Əşyalarını  alıb  çantasına  atdı. Təşəkkür  edib  yolun  o  biri  tayında  taxsi  saxladı, əşyalarının  hamısını  götürdyündən  əmin  olmadan  ordan  ayrıldı. Parka  çatanda  Nicatı  görmədi, telfonuna  zəng  çatmırdı, əvvəl  zənginə O, cavab  verə  bilməmişdi, indi  isə  Nicat  cavab  vermirdi, gəlməyəcəyini  düşünərək  getmişdi. Kədərləndi, hər  zaman  oturduqları  ağacın  altında  oturdu, yenə  işi  ilə  bağlı  xaricə  səfər  edəcəkdi, bu  görüş  onun  üçün  çox  vacib idi. Onun  görməmiş  gedəcəyinə  təəssüflənməyə  macal  tapmamış,  yanında  kimsə  oturdu.

- Elə  bildin  getmişəm? - Nicat  onun  pərişan  halını  görüb  dedi

- Getməmisən – Qız  onu  gördüyünə  sevinib  qucaqladı

- Mən də  sənin  gəldiyinə  sevindim.

- Bağışla,işlərim  çox  oldu, sonra  işdən  tələsik çıxdığımdan  taxsi  sifariş  verə bilmədim, bütün  yolu  taxsi  axtarmışam.

- Əsas  gəlib  çıxa  bildin – güldü  - Səni  bağışladım.

- Nişanlandığımız  gündən  səni  az  görürəm. Mənim  işlərim, sənin  işlərin  aramıza  məsafələr  qoyub  sanki...

- Bilirəm  Nərgiz, mən də buna  görə  çalışıram ki, ikimizdə  xoşbəxt  olaq.

- Toymuza  iki  ay  qalıb, amma sanki  biz  heç  evlənmirik,lakin söz verirəm  işlərimi  daha  tez  bitirəcəm.

- Mən  evləndikdən sonra  Amerikaya  getməli  olacam işimlə  bağlı.

- Nicat, sən  nə  danışırsan?

- Narhat  olma,  tez  qayıdacam, bu  mənimlə  bağlı  olan  bir  iş  deyil, atamı  bilirsən...

- Biz  evlənirik,  amma  ilk  gündən  yanımda  olmayacaqsan, mən  sənə  aramıza  girən  məsafələrdən  danışıram, sən  yenədə  işlərindən  danışırsan, səni  anlaya  bilmirəm, axı  bu tez – tez  çıxan  səfərlərinin  səbəbi  nədir?                                                Nicat  susdu,Nərgiz isə  fikirlərini  qarışdıran suallarının  cavabını  ala bilmədi, ikisi də sakit  durdu,heç bir  söz  demədən,parkda  oynayan  uşaqlara  baxdılar, biraz  sonra  bu  sakitliyi Nicat  pozdu: - Mənim işim  budu, Nərgiz,sənin də  işlərin  var,özündə  bilirsən  necə  çətindi, birdən  buraxıb  gedə  bilmərəm, atamla  çalışıram.

- Atan  bilir  ki, sən  evlənirsən, mənə  söyləyə  bilmədiyin  bir  şey  varsa  indi  de.

- Yox, yoxdu, axı  mən  sənə  nə  söyləyə  bilərəm, biz  evlənirik.                                             Nərgiz  ona çox  inanmaq  istərdi,  amma  bunu  edə  bilmirdi, sanki  ondan  bir şeylər  saxlıyırdı, artıq əvvəlki  kimi  münasibətləri  yox  idi, sadəcə münasibətləri  saxlamağa  çalışan  özüydü,Nicat  isə yalnız  işini, dostlarını, səfərlərini  düşünürdü. Onu  bir  an  olsa  belə  düşündüyündən  əmin  deyildi, onu  uşaqlıqdan yaxşı  tanıyırdı, indi  isə  onu  tanıya  bilmirdi.

                                                          

                                                         ***

3 il  sonra

Günəş  üzünə  vururdu, gözlərini  yumub  dəniz  dalğalarının  səsini  dinləyərək  sakitlik  tapırdı, ya da tapmırdı, sadəcə  tapdığını  düşünürdü. Artıq  o  günlərdən  3 il ötürdü,o günləri  xatırladıqca  içi  yanırdı, ona  güvəndiyinə, birinə  bağlandığına  görə  peşmançılıq  hissi  keçirirdi, onun  qayıtmasını  düşünürdü, gəlsə, əvvəl ki, Nərgiz  ola  bilərdi? İnanmırdı  ona, sadəcə  nifrət  belə  qalmamışdı  ona qarşı,heç  bir  hiss  belə  bəsləmirdi, buna  görə də  əvvəllər  olduğu  kimi  ola  bilməyəcəkdi, bir  daha  kimisə  sevə  bilməyəcəkdi,  ən  çoxda  ondan  aldıqları  bu idi...                                                                                                                                                                    Yanağından  isti  göz  yaşının   axdığını  hiss  etdi, göz  yaşlarını  sildi, özünü  bu  hala  düşən  biri  olaraq  görmək  istəmirdi. Dənizə  baxdı, burdan  görünməyən  ucsuz – bucaqsız, heç  kimin  olmadığı, yalnız  qala  biləcəyi  yerdə  olmasını  istədi, ya  da  bütün  bunların  öhtəsindən  gəlib  əvvəlki  biri  olmasını  dilədi. Çantasını  götürüb  getmək  istəyirdi  ki, bir  adam  ona  yaxınlaşaraq dinləndi: - Bağışlıyın, bir  söz  soruşa  bilərəm?

Adamın  üzünü  görməyə  çalışırdı, amma  günəşin  şüaları  üzünə düşürdü, ayağa  qalıxıb  cavab  verdi:

- Buyrun.

- Mən, burda  bir  bağ  axtarıram, bu  yollardan hansı  oraya  aparır?

- Bu yol  aparır, - qarşıdakı  yolu  göstərdi.

- Mən  yolları  yaxşı  tanımıram, məni  apara  bilərsiz?

- Hə, apararam, bizim  bağımızın  yanındadı, səhv etmirəmsə İlnaranın  bağıdı.

- Bəli, mən İlnaranın  doğum  gününə dəvətliyəm, siz onu  tanıyırsız?

- Ən yaxın  dostumdu.

- Mən də  onların  ailəvi  dostuyam.

- Mənə  heç  danışmayıblar.

- Adınızı  bilmək  olar?

Əvvəlcə  biraz  düşündü  amma  sonra  dinləndi:

- Nərgiz.

- Mən  isə Rüfət,yenədə xatırlayın  bəlkə  haqqımda  demiş  olarlar.

- Niyə  belə  düşünürsüz  ki, haqqınızda  danışıblar.

Rüfət başını  aşağıya  salaraq  gülümsədi, sonra  başını  dik  tutaraq  - Sizdən  çox  danışır İlnara - dedi

- Çatmışıq  artıq, burasıdı.

- Siz  gəlmirsiz?

- Yox, mən  xalamın  bağına  getməliyəm.

- Burdadı?

- Hə, buradadı.

- Bilinir çox  yaxın  olduğunuz, bağlarınızda  yan – yanadı.

- Söyləmişdim  axı, biz  uşaqlıqdan  yaxınıq.

- Yaxşı. Axşam  partidə  görüşərik.

- Görüşərik.

İlnaranın  bağına  getdi. Nərgiz  onun  qəribə  bir  insan  olduğunu  hiss  etdi,sanki  illərdi  onu  tanıyırdı. İlk  dəfə belə bir  insanla qarşılaşırdı, bəlkə də səbəb  İlnaradı, haqqında  kimə  gəldisə  danışır, insanlarla  əvvəlki  kimi  münasibətdə  olması  üçün,  yeni  başlanğıclar qurması üçün bunu edirdi, bura  gəlməsinin  səbəbi də  İlnara  idi,  amma  əvvəlki  Nərgiz  ola  bilməzdi,  hər  dəfə   qarşılaşanda  onun  toyuna  az  qalmış  necə  tərk  edilib  getməsini  xatırladan, ətrafında  pıçıldayan  insanların  olmadığı  bir  dünyada  yaşamağı  seçmişdi. 

 

Davamı var

 

 

 

 

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ