SON DƏQİQƏ

BİLSİN

Tarix:

31-05-2017, 23:51

/ 3 311 dəfə oxundu.
BİLSİN

Sərvər Məsum

Bu gecə özümü dara çəkəcəm ,
Üzü Qarabağa kəllə - mayallaq.
Torpağa əyilib diz də çökəcəm ,
Ki , mənə vurulsun min illik şallaq.


Bu gecə özümü dara çəkəcəm ,
O enən bayraqdan, torpaqdan ötrü.
İblisin gözünə torpaq tökəcəm ,
Yerindən laxlayan tək haqdan ötrü.


Bu gecə özümü dara çəkəcəm ,
Qoy qanım süzülsün vətən boyunca.
Sinəmi şumlayıb sevgi əkəcəm ,
Ki , hamı vətəni sevsin doyunca.


Bu gecə özümü dara çəkəcəm ,
Qoy hər kəs özünün səddini bilsin.
Rəssam tək vicdanın şəklin çəkəcəm ,
Özündən razılar həddini bilsin.

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər