Sobanın qığılcımı FACİƏYƏ SƏBƏB OLDU: 3 yaşlı uşaq...

Sobanın qığılcımı FACİƏYƏ SƏBƏB OLDU: 3 yaşlı uşaq...

Çorumda bir evdə sobadan sıçrayan qığılcımlar dəhşətli yanğına səbəb olub.

GunAz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində 3 yaşlı uşaq yanaraq can verib. Atası, anası və nənəsi isə ağır yaralanıb. 

Yanğın zamanı tövlədə olan Dursun Budaq və həyat yoldaşı 35 yaşlı Nurhan Budaq içəridə qalan 3 yaşlı oğlanlarını və yaşlı analarını qurtarmaq üçün yanan evə daxil olublar. Lakin övladlarının həyatını xilas edə bilməyiblər. 

 

Yanğın zamanı yaralanan Nurhan Budağın hamilə olduğu ortaya çıxıb. 

 

скачать dle 12.1
Geri qayıt