Kürdlər ümidini Moskvaya bağladı - Əsədlə razılıq

Kürdlər ümidini Moskvaya bağladı - Əsədlə razılıq

Moskvadakı görüşlərdə Bəşər Əsəd hökuməti ilə razılaşmanı ehtiva edən sənədi rusiyalı diplomatlara təqdim etdim.

GunAz.az xəbər verir ki, bu sözləri suriyalı kürdlərin diplomatik təmsilçisi Badran Jia Kurd deyib. O bildirib ki, suriyalı kürdlərin yekun qərarı Əsəd hökuməti ilə razılığa gəlməkdir:

“Nəyin bahasına olursa-olsun, ABŞ etiraz etsə belə, bu yöndə çalışacağıq”.

Kurd məhz Rusiyanın vasitəçiliyi ilə Əsədlə razılaşma əldə etmək istədiklərini əlavə edib:

“Bizim fikrimizə görə, Rusiya Dəməşqlə yeni üfüqlər açmağa çalışır. Biz bunu hiss edirik. Top artıq Dəməşqlə Rusiyadadır. Bu əsasla biz müzakirələr və dialoq apara bilərik”.(Axar.az)

скачать dle 12.1
Geri qayıt