Rusiya baş nazirinin müavininin mənzili atəşə tutuldu

Rusiya baş nazirinin müavininin mənzili atəşə tutuldu
Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub.
 
Gunaz.az xəbər verir ki, insidentin oktyabrın 14-də baş verdiyi bildirilir.
 
Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində mənzilin pəncərə şüşələri sınıb.
 
Hadisə nəticəsində zərərçəkən olmayıb. Hələ ki, faktla bağlı rəsmi açıqlama verilməyib.
скачать dle 12.1
Geri qayıt