
Moskvada Rusiya baş nazirinin müavini Dmitriy Roqozinin mənzili atəşə tutulub.
Gunaz.az xəbər verir ki, insidentin oktyabrın 14-də baş verdiyi bildirilir.
Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində mənzilin pəncərə şüşələri sınıb.
Hadisə nəticəsində zərərçəkən olmayıb. Hələ ki, faktla bağlı rəsmi açıqlama verilməyib.