Ərdoğanın Trampla yaxın zamanda görüşəcəyi gözlənilir

Ərdoğanın Trampla yaxın zamanda görüşəcəyi gözlənilir
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan amerikalı həmkarı Donald Trampla yaxın zaman görüşün keçirilməsinə dair razılaşdığını bildirib.  
 Ərdoğan ABŞ-ın CNN telekanalına müsahibəsində bunu deyib.
"Əlbəttə, məni təbrik edənlər oldu. Çox xoş oldu, Tramp referendumun nəticələri ilə əlaqədar məni təbrik etdi. Biz ABŞ-Türkiyə münasibətlərinin yaxın perspektivdə inkişafından danışdıq, Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq”, - deyə Ərdoğan bildirib.  
Türkiyə prezidenti ikitərəfli münasibətlərin inkişafı üçün təkbətək görüşün keçirilməsinin vacib olduğunu qeyd edib.  Ərdoğan müvafiq razılaşmanın əldə olunduğunu vurğulayıb: "Biz yaxın zamanda görüşəcəyimizə dair razılığa gəldik”.     

GUNAZ.az

скачать dle 12.1
Geri qayıt