ŞOK - Xəstəxananın damına helikopterdən meyit atdılar - FOTO

ŞOK - Xəstəxananın damına helikopterdən meyit atdılar - FOTO
Meksikanın şimalındakı Sinaloa ştatındakı İMSS xəstəxanasının damına helikopterdən insan cəsədi atılıb.
Gunaz.az Reuters-ə istinadən xəbər verir ki, hazırda həbsxanada olan məşhur narkobaron El Kapo (Bücür) ləqəbli Xoakin Quzmanın Sinaloa narkokartelinin təsiri altında olan əyalətdə baş verən hadisə səhər saat 7:30 radələrində baş verib.
Təcili tibbi yardım işçiləri bölgədə eyni təyyarədən atılan daha iki meyit tapıldığını bildiriblər.
Xəbərə görə, 2016-cı ildə El Kaponun həbs edilməsindən bəri Sinaloa kartelində yaşanan daxili qarşıdurmalar və rəqib qruplardan gələn yeni təhdidlər səbəbilə əyalətin təhlükəsizliyində problemlər yaşanır.
скачать dle 12.1
Geri qayıt