Rusiyada terror aktının qarşısı alındı

Rusiyada terror aktının qarşısı alındı
Rusiyanın Tomsk şəhərində yaşayış evinin yaxınlığında avtomobil dayanacağında partlayıcı qurğu aşkar edilib.
Bu barədə informasiyanı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS agentliyi yayıb.
Verilən məlumatda bildirilir ki, partlayıcı qurğu 17 mərtəbəli binanın yaxınlığında tapılıb.
"Saat 10:00-da növbətçi hissəyə yaşayış evinin yaxılığında avtomobil dayanacağında şübhəli əşya aşkarlanması barədə məlumat daxil olub. Hadisə yerinə gələn ekspertlər müəyyənləşdiriblər ki, o, təhlükə kəsb edir", - mənbə deyib.
Hüquq-mühafizə orqanları binanın sakinlərini təxliyə ediblər. Partlayıcı qurğu zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Gunaz.az
скачать dle 12.1
Geri qayıt