Ukraynaya bu məhdudiyyət aradan qaldırıldı – Merz

GunAz.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
“Artıq Ukraynaya tədarük edilən silahlara dair heç bir mənzil məhdudiyyəti yoxdur - nə ingilislər, nə fransızlar, nə biz, nə də amerikalılar. Bu o deməkdir ki, Rusiya ərazisindəki hərbi mövqelərə zərbələr endirməklə Ukrayna indi özünü müdafiə edə bilər. Müəyyən bir vaxta qədər o, bunu edə bilməzdi”, - Merz bildirib.
Kanslerin sözlərinə görə, indi Ukraynanı bu silahlarla təmin etmək lazımdır.