SON DƏQİQƏ
» » Mişel Qarabağdakı hadisələri diqqətlə izləyir - Diplomat

Mişel Qarabağdakı hadisələri diqqətlə izləyir - Diplomat

Tarix:

4-08-2022, 22:11

/ 1 319 dəfə oxundu.
Mişel Qarabağdakı hadisələri diqqətlə izləyir - Diplomat

Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Qarabağdakı son hadisələrlə bağlı Azərbaycan və Ermənistan liderləri ilə sıx təmasdadır.

GunAz.az xəbər verir ki, bu barədə AB-nin adı açıqlanmayan nümayəndəsi deyib.

Onun sözlərinə görə, Ş.Mişel artıq Ermənistan baş naziri Nikol Paşinyanla danışıb, yaxın zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə də müzakirə aparacaq.

"Onun komandası və Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar dialoq yolu ilə dərhal gərginliyin azaldılması və gündəmdə olan bütün məsələlər üzrə irəliləyiş əldə etmək üçün son günlər hər iki tərəflə sıx təmasda olub”, - deyə diplomat əlavə edib


скачать dle 12.1

Şərhlər