SON DƏQİQƏ

“Yahoo!”-nun adı dəyişdiriləcək

Tarix:

10-01-2017, 08:33

/ 4 825 dəfə oxundu.
“Yahoo!”-nun adı dəyişdiriləcək

ABŞ-ın ən böyük texnologiya şirkətlərindən biri "Yahoo!”-nun adı dəyişdirilərək "Altaba" adlandırılacaq.

Bu, şirkətin aktivlərinin "Verizon Communications”-ə satılmasından sonra baş verəcək. Eyni zamanda, "Yahoo!”-nun rəhbəri Marissa Mayer və direktorlar şurasının 4 üzvü tutduqları vəzifələri tərk edəcəklər. Bundan əvvəl "Yahoo!” 2013-ci ildə kiber hücum nəticəsində 1 milyard istifadəçisinin hesab məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyini ehtimal etmişdi. Qalmaqallı açıqlama "Yahoo!” ilə "Verizon Communications” arasında gözlənilən sövdələşməni təhlükə altına qoymuşdu. ABŞ-ın ən iri mobil telefon operatoru və internet xidməti təchizatçılarından biri  "Verizon” iyulda "Yahoo!”-nu 4,83 milyard dollara satın alacağını bildirmişdi.

 Xatırladaq ki, "Yahoo!” şirkəti 1994-cü ildə təsis edilib. Şirkətin axtarış sistemi dünyada ən məşhurlardan biridir.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər