
Bağdadda bazarda partlayış nəticəsində azı 18 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu barədə "Reuters” Iraq polisinə istinadən məlumat yayıb.
Bildirilir ki, avtomobildə quraşdırılmış partlayıcı qurğu insanların sıx olduğu ərazidə işə salınıb.
Hələlik məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.