SON DƏQİQƏ
» » Suriyada səsvermə gecə yarısınadək uzadıldı

Suriyada səsvermə gecə yarısınadək uzadıldı

Tarix:

26-05-2021, 21:24

/ 1 316 dəfə oxundu.
Suriyada səsvermə gecə yarısınadək uzadıldı

Suriyada prezident seçkilərində səsvermənin müddəti gecə yarısına qədər uzadılıb.

GunAz.az "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriya Ali Seçki Komissiyasının məlumatında deyilir. Bildirilir ki, buna səbəb yüksək seçici fəallığıdır.

 

Qeyd edək ki, səsvermə ölkənin bütün əyalətlərində keçirilir. Gün ərzində 12 mindən çox seçki məntəqəsi fəaliyyət göstərib. İdlib və Rakka şəhərindəki seçicilər müvəqqəti yaşadıqları ərazi üzrə səsvermədə iştirak edə bilərlər.

Məlumata görə, seçicilərin çoxluğu səbəbindən məntəqələrə əlavə səsvermə qutuları göndərilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ