SON DƏQİQƏ
» » Bayden Netanyahuya müharibəni dayandırdığına görə təşəkkür etdi

Bayden Netanyahuya müharibəni dayandırdığına görə təşəkkür etdi

Tarix:

21-05-2021, 08:48

/ 1 344 dəfə oxundu.
Bayden Netanyahuya müharibəni dayandırdığına görə təşəkkür etdi

ABŞ prezidenti Co Bayden bildirib ki, İsrailin baş naziri ilə telefon danışığında Qəzza sektorunda hərbi əməliyyatları qurtarmaq qərarınə görə Binyamin Netanyahuya təşəkkür edib.

Bu barədə GunAz.az "İnterfaks”a istinadən xəbər verir.

"Baş nazir Benyamin Netanyahu ilə danışıqlarda 11 gündən az müddətdə mövcud hərbi əməliyyatlara son qoyduğuna görə ona təşəkkür etdim. Mən həmçinin bu münaqişə boyunca dediklərimi də vurğuladım: ABŞ İsrailin Qəzzada HƏMAS və digər terrorçu qruplaşmaların İsraildə günahsız insanların həyatına son qoyan raket hücumlarından müdafiə hüququnu tam dəstəkləyir", - ABŞ prezidenti deyib.

ABŞ rəhbəri bildirib ki, Birləşmiş Ştatlar "Dəmir günbəz" Hava Hücumundan Müdafiə sisteminin bərpasına imkan yaradacaq.

Bayden həmçinin Misir prezidenti Əbdülfəttah əl-Sisiyə atəşin dayandırılmasında vasitəçiliyinə görə təşəkkür edib.

Bu halda Bayden qeyd edib ki, ABŞ HƏMAS-la deyil, Fələstin administrasiyası ilə tam əməkdaşlıq şəraitində Qəzzanın bərpası üzərində işləmək niyyətindədir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ