SON DƏQİQƏ
» » Paşinyan yenə seçilmədi, parlament buraxıldı

Paşinyan yenə seçilmədi, parlament buraxıldı

Tarix:

10-05-2021, 21:58

/ 1 336 dəfə oxundu.
Paşinyan yenə seçilmədi, parlament buraxıldı

Ermənistanın Mənim Addımım Bloku Nikol Paşinyanın növbəti dəfə baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

GunAz.az xəbər verir ki, bu məlumatı "RİA Novosti” yayıb. Məlumata görə, bu addım parlamentin buraxılması və növbədənkənar seçkinin keçirilməsi üçün atılıb. Buna görə də hakim fraksiyanın parlamentin buraxılması üçün Paşinyana səs verməyəcəyi vurğulanıb.

Qeyd edək ki, qanunvericiliyə görə parlament baş naziri iki dəfə seçə bilməsə, buraxılmalıdır.

***

Ermənistan parlamentinin deputatları Nikol Paşinyanın baş nazir postuna seçilməsinə ikinci dəfə səs verməyib.

Paşinyanın baş nazir postuna seçilməsinin lehinə 1 deputat, əleyhinə bir deputat səs verib, 76 deputat isə bitərəf qalıb.

Konstitusiyaya əsasən, baş nazirin istefasından sonra parlament iki dəfə yeni baş nazir seçməzsə, qanunverici orqan buraxılır və erkən seçkilər keçirilir. Bundan sonra isə Prezident Armen Sərkisyan növbədənkənar seçkilərin vaxtını təyin etməlidir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ