SON DƏQİQƏ
» » USAID-in yeni rəhbəri ermənipərəst Samanta Pauer oldu

USAID-in yeni rəhbəri ermənipərəst Samanta Pauer oldu

Tarix:

4-05-2021, 10:25

/ 3 714 dəfə oxundu.
USAID-in yeni rəhbəri ermənipərəst Samanta Pauer oldu

ABŞ-ın vitse-prezidenti Kamala Harris Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yeni rəhbəri Samanta Pauerə and içdirib.

GünAz.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

 

Mərasimdə USAID-in yeni rəhbərinin həyat yoldaşı, qızı, oğlu və ögey atası iştirak ediblər.

Pulitser mükafatı laureatı (2003), 50 yaşlı irlandiyalı Samanta Pauer 2003-2017-ci illərdə ABŞ-ın 44-cü prezidenti Barak Obamanın administrasiyasının BMT-dəki daimi nümayəndəsi vəzifəsini tuturdu.

S.Pauer ermənipərəst mövqeyi ilə seçilir. Daha əvvəl o, növbəti dəfə ermənilərə dəstəyini nümayiş etdirərək tvitter səhifəsində "erməni soyqırımı”na aid silsilə tvitlər yazmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ