SON DƏQİQƏ

Məşhur Fransız aktyor Ərdoğandan siyasi sığınacaq istədi – MƏKTUB

Tarix:4-05-2021, 08:12 Oxunub:3 246

Dünyaca məşhur fransız komediya aktyoru Diödon Mbala Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərərək siyasi sığınacaq istəyib.

GunAz.az xəbər verir ki, "Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana açıq məktub" başlıqlı məktub fransız və türk dillərində təqdim edilib.

Məktubda Mbala İsrailin Fələstin torpaqlarını işğal etməsini pisləyən bir tamaşadan sonra 20 ildir ki, sistematik olaraq böhtan, şantaj və təcridə məruz qaldığını bildirib.

"Son illər ailəmin və iş çevrəmin mütəmadi olaraq məruz qaldığı hücum və təhdidlər ailə həyatımı və işimi məhv etdi, uşaqlarımın biri ağır xəstələndi, artıq ölkəmdə çalışa bilmirəm, şoularım yasaqlanır, tamaşalarıma görə cəzalandırılıram, saysız vergi incələməsi və araşdırmalara məruz qalıram, artıq teatr kirayələyə, bank hesabı belə aça bilmirəm.

Yaşamağım mümkünsüz oldu. 2019-cu ildə bir irqçi CİP avtomobilini üstümə sürdü. Fransa "ədaləti" bunu xüsusi mülkiyyətə hücum kimi qəbul etdi, halbuki Fransanın hər yerində bir adamın əzmək üçün üstünə maşın və ya yük maşını sürüldüyü zaman bu qətlə cəhd sayılır və istintaq açılır. Bunu edən şəxs də həbsxanaya köçürülür. Uşaqlarımı hədəfləyən ölüm təhdidləri də alıram, insanlar televiziyalarda mənə qarşı cinayət planlarını dilə gətirirlər.

Fransızları və 30 ildən çoxdur güldürdüyüm insanları sevirəm. Ancaq ölkəmdə bəzi bərabərlik problemi olan idarəçilərin bütün vətəndaşlara qarşı bərabər davranmadıqlarını və qara dərililərə qarşı ayrımçı olduqlarını görürəm. Bu gün artıq Fransada özümü təhlükəsiz hiss etmirəm, həyatım təhdid altındadır.

Yaxın zamanlarda Türkiyə kimi bir hüquq dövlətinin olduğunu kəşf etdim. Son aylarda bir neçə dəfə Türkiyədə olmuşam. Türkiyədə istirahət etdiyim zaman qonaqpərvərlik hissi ruhumu canlandırdı və mənə ilham verdi. Şəxsən xalqınızın yaşadıqlarına şahid oldum. Xüsusilə türk millətinin jestlərindən təsirləndim və onlarda dərin bir şərəf və hörmət hissi gördüm. Bu gün şərəf və hörmət insanların bu dünyada axtardıqları hər şeydir. Bu səbəblərdən, yüksək səlahiyyətlərinizdən istifadə edərək ölkənizdə siyasi sığınacaq almaq və Türkiyədə sülh içində yaşamaq istəyirəm. Hörmətli Türkiyə Respublikasının Prezidenti, Sizdən ən yüksək hörmət və məhəbbətimin təmin olunmasını xahiş edirəm", - deyə Diödon Mbala məktubunda qeyd edib.Avropa.info

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<